...

“Gəlin, birgə oxuyaq” adlı layihənin qalibləri mükafatlandırılacaq

Mədəniyyət Materials 19 İyul 2019 12:58 (UTC +04:00)
F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Gəlin, birgə oxuyaq” adlı layihədə iştirak etməyə dəvət edir.
“Gəlin, birgə oxuyaq” adlı layihənin qalibləri mükafatlandırılacaq

Bakı. Trend:

F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Gəlin, birgə oxuyaq” adlı layihədə iştirak etməyə dəvət edir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək.

Layihənin şərtlərinə görə uşaq və yeniyetmələr, oxuduqları kitabın “book trailer”, yəni 3 dəqiqəlik videoçarxını hazırlamalıdırlar.

Hazırlanmış videoçarxlar, izləyicilər tərəfindən qiymətləndiriləcək.

Layihədə iştirak edəcək uşaq və yeniyetmələrə kitabxana tərəfindən kitablar hədiyyə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti