...

Məşhur şairin oğlu avtomobil qəzasına düşdü - Komadadır

Mədəniyyət Materials 5 Oktyabr 2019 14:50 (UTC +04:00)
Şəhriyar təxəllüslü məşhur şair Məhəmmədhüseyn Behcət Təbrizinin oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb.
Məşhur şairin oğlu avtomobil qəzasına düşdü - Komadadır

Bakı. Elnur Bağışov - Trend:

Şəhriyar təxəllüslü məşhur şair Məhəmmədhüseyn Behcət Təbrizinin oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb.

Bu barədə Trend-ə Təbrizdən məlumat verilib.

Məlumata görə, şairin oğlu Təbrizin İmam Rza xəstəxanasında reanimasiya şöbəsindədir.

Komada olan Hadi Behcətin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şair Məhəmmədhüseyn Şəhriyarın üç övladı var. Şəhrzad və Məryəm qızları Tehranda, Hadi isə Təbrizdə yaşayır. Hadi Ustad Şəhriyar Muzeyinin rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti