• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Mədəniyyət

“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir (FOTO)

22 Noyabr 2019 04:15 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Noyabrın 21-də Muzey Mərkəzində ənənəvi incəsənət layihəsinə həsr olunan mətbuat konfransı təşkil edilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək biennale haqqında məlumat verdi. Bildirdi ki, layihənin məqsədi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq ölkəmizdə müasir incəsənətin inkişafını təbliğ etmək və rəssamların yaradıcılığının dəstəkləməkdir. Biennale çərçivəsində rəngkarlıq, qrafika, heykəltəraşlıq, instalyasiya, videoart, fotoəsərlər, habelə Azərbaycan, Almaniya, Portuqaliya, Rusiya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Direktor diqqətə çatdırdı ki, noyabrın 25-dək davam edəcək builki sərgidə 17 ölkədən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamı iştirakı edir. Təşkil olunacaq sərgi-tədbirlər xarici və yerli sənət adamlarının təcrübə mübadiləsi aparmasına və qarşılıqlı əməkdaşlığına vəsilə olacaq. Həmçinin biennalle çərçivəsində UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqqında film təqdim ediləcək, “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

Biennalenin kuratoru Dilarə Vahabova belə tədbirin Bakıda təşkil olunmasının əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, tədbir çərçivəsində paytaxtın bir mədəniyyət ocaqlarında, o cümlədən V.Səmədova adına sərgi salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olacaq. Qalada təşkil edilən layihə təqdimatları öz orijinallığı ilə seçiləcək. Abşeronun qədim kəndlərindən olan Qala öz etnoqrafik zənginliyi ilə seçilir və bu məkan hər zaman yaradıcı insanların diqqətini cəlb edir.

2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən biennaledə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar, sənətşünaslar, kuratorların iştirak etdiyini deyən D.Vahabova budəfəki sərgilər, ekspozisiyalar içərisində performansların çox olacağını diqqətə çatdırdı. Kurator daha sonra layihədə iştirak edən müəllifləri təqdim etdi və onların layihələri haqqında məlumat verdi.

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova çıxış edərək İçərişəhərdə təşkil ediləcək sərgilər haqqında söz açdı. Bildirdi ki, qədim Şirvanşahlar sarayında təşkil edilən təqdimatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Bu heç də təsadüfi deyil. Çünki 2018-ci ilin statistik rəqəmlərinə görə, muzey yarım milyona yaxın ziyarətçi qəbul edib. Biennalenin layihə təqdimatlarının qədim şəhərdə keçirilməsi tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Sonda media nümayəndələrinin sualları cavablandırıldı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • “Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir (FOTO)

  • Məqalədə:
  • Mədəniyyət Nazirliyi
Digər xəbərlər
Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib
Mədəniyyət 10:38
Mədəni İrsin Qorunması müsabiqə elan edir
Mədəniyyət 11 Dekabr 20:14
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
Cəmiyyət 9 Dekabr 10:54
“Kreativ Azərbaycan” portalının təqdimatı və nazirlər paneli keçiriləcək
Mədəniyyət 7 Dekabr 01:11
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə (FOTO)
Cəmiyyət 6 Dekabr 20:48
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirilib (FOTO)
Mədəniyyət 6 Dekabr 18:10
Xəbər lenti
İlahiyyat İnstitutunun müəllim və tələbə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Siyasət 20:17
Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Cəmiyyət 20:09
Abşeronda üçmərtəbəli ev yanıb
Hadisə 20:00
Şərqşünaslıq İnstitutu ilə Məhəmməd İbn Səud Universiteti arasında elmi əlaqələr yaradılır (FOTO)
Cəmiyyət 19:49
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib
Siyasət 19:35
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur
Dağlıq Qarabağ Münaqişəsi 19:22
"BirKart"la Əbu-Dabiyə bilet qazanın
İqtisadiyyat 19:13
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
Siyasət 19:02
Qırğızıstanda hava çirklənməsinə görə etiraz aksiyası
Dünya xəbərləri 18:50
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir
Milli inkişaf strategiyasının müəllifi
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri