Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 11-ci ildönümü tamam olur

Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 11-ci ildönümü tamam olur

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir və xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında örnək kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ilin 2 dekabr tarixində dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. Azərbaycan Prezidentinin 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın açılışında bəyan etdiyi bu təşəbbüsün davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda İslam ölkələrin mədəniyyət nazirlərinin VI Konfransı təşkil edildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələrinin nazirlər konfransına isə 10 Avropa ölkəsinin Azərbaycan tərəfindən dəvət olunması ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi.

Bu prosesin məntiqi davamı olaraq 2010-cu ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edildi. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxmış oldu. Nəticə etibarilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” çərçivəsində UNESKO, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə 2011-ci ildən altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu və iki dəfə Dünya Dini Liderlərinin Sammiti ölkəmizdə yüksək səviyyədə təşkil edilmişdir. Ümumilikdə, 180-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla, sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 min nəfərə yaxın olmuşdur. Qeyd olunan tədbirlərinin hər birinin açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

Bu nüfuzlu tədbirlər sırasına 2015-ci Bakıda yüksək səviyyədə, hətta Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş I Avropa Oyunlarını, eləcə də 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bu dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir.

Artıq “Bakı Prosesi” dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilmişdir. Təsadüfi deyil ki, BMT baş katibinin BMT Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə (A/72/488) illik hesabatda (2017-ci il) “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib. İki müvafiq qərardan (A/RES/72/136) birində Bakı Forumunun əhəmiyyəti vurğulanıb. 2019-cu ildə BMT baş katibinin təşəbbüsü ilə hazırlanmış “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biri” kimi bir daha təsdiq edilmişdir.

Bununla da “Bakı Prosesi” insanların təhlükəsizliyini təmin etmək üçün mədəniyyətlərarası dialoq və mədəni müxtəlifliyin həm həlledici amil, həm də çağdaş dövrün ən başlıca öhdəliyi olaraq beynəlxalq gündəmdə yüksək səviyyədə qalmasına şərait yaradır.

Azərbaycanda içməli su üzrə sayğaclaşma 82,5 faizə çatıb
Azərbaycanda içməli su üzrə sayğaclaşma 82,5 faizə çatıb
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib - SXEM
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib - SXEM
Azərbaycanla Türkiyə arasında uçuşlar iyunun 15-də bərpa oluna bilər - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar iyunun 15-də bərpa oluna bilər - RƏSMİ
Loading Bars
Xəbər lenti
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır
"Atletiko"nun futbolçusu həbs olundu
Bəxtiyar Əliyev: Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib
Azərbaycanda içməli su üzrə sayğaclaşma 82,5 faizə çatıb
Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı
"Samsung"un rəhbəri həbs oluna bilər
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi
“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)
Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib - SXEM
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycanla Türkiyə arasında uçuşlar iyunun 15-də bərpa oluna bilər - RƏSMİ
Sabah qısa iş günü olacaq
Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb (FOTO/VİDEO)
Vətəndaşlar yaşayış yerlərini 102-dən icazə almaqla tərk edə bilərlər
YAP rayon təşkilatının İdarə Heyətinin onlayn video konfransı keçirilib
6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi
“Azərkosmos”un sədri : Uğurlu idarəçi komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir
Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maskalar göndərib (FOTO)
İranda daha 59 nәfәr koronavirusdan ölüb
Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI
"Dərs vaxtı" verilişinin peşə təhsili pilləsi üzrə cədvəli açıqlanıb
Həftəsonu bu qurumların fəaliyyətinə icazə veriləcək - SİYAHI
Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Nihat Şenyuva: Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
Norveçdə torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə apardı (VİDEO)
Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL
Sabah Bakıda 29 dərəcə isti olacaq, rayonlarda isə dolu gözlənilir
Polis suda boğulan azyaşlını xilas etdi
İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ
Aİ pandemiyanın təsirlərinin aradan qaldırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakı sakini Gürcüstan vətəndaşını aldadıb 10 min dollarını aldı
Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçirilə bilər
Bitki dərmanından zəhərlənən qadın xəstəxanada öldü
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdir (FOTO)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
Daşkəsəndə qardaş bacısını odun parçası ilə qətlə yetirdi
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri
Koronavirusa inanmayanların gətirdiyi əsaslar, şübhələr və cavabları (FOTO)
Belarusda yeni Baş nazir təyin olunub
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar
Türkiyədən Afrikaya tibbi yardım
Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq
Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib (FOTO)
Dəniz səfirlərinin video konfransı keçirilib (FOTO)
Rusiyada daha 169 nəfər koronavirusdan ölüb
Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)
Koronavirusa yoluxan azərbaycanlı jurnalist: Avtobusda maskadan istifadə etmirdim
Sosial şəbəkə mərəzliləri: onlar xalqa və dövlətə qənim kəsiliblər - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycan nefti bahalaşır
DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı
İspaniya iyulun 1-dən turistləri qəbul edə bilər
Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi
Çində məktəblilərə hücum - 40 yaralı
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib
“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova
Bu il 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparıla bilər
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Yeni yaradılan liseylərə qəbul qaydaları açıqlandı
Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
ABŞ-da polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu
Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər
Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi (FOTO)
Bakı Slavyan Universiteti yaz semestrinin imtahan sessiyasına tam hazırdır
Naqif Həmzəyev: Təkliflərimdən reallaşanı da var, həllini gözləyəni də (MÜSAHİBƏ)
Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb
"İçərişəhər" ziyarətçiləri üçün xüsusi aksiya keçirildi (FOTO)
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb
Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb
Beşinci mərtəbədə narkotik yetişdirən "Pedro" tutuldu (FOTO)
Yunanıstanda ABŞ səfirliyinə hücum edilib
Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır
İspaniyada ölüm səviyyəsi 24 faiz artıb
Bakı sakini taksidə qarət olundu
Sabunçuda istifadəsiz kafedə oğurluq oldu
Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI
Keçmiş məhkum 6 kiloqram narkotiklə tutuldu
İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi
11 vakant müəllim yeri sistemdən silinib - Murad Camalzadə
Ermənistan atəşkəsi 22 dəfə pozub
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib
Türkiyədə komendant saatının yenidən tətbiq olunmasına münasibət bildirilib
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"
Niderlandda kafenin terrasında avtomobil insanları vurub
Liviya MSH döyüşçüləri Tripoli hava limanını Haftar qüvvələrindən geri alıblar
Sabirabadda yanğın olub
Moskvada koronavirusdan 60-dan çox insan ölüb
Vaşinqtonda komendant saatı daha bir gün uzadılıb
Bütün xəbərlər