...

"Azerbaijan Best Awards"ın keçiriləcəyi tarix açıqlandı - FOTO

Mədəniyyət Materials 30 Yanvar 2020 14:45 (UTC +04:00)
Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir
"Azerbaijan Best Awards"ın keçiriləcəyi tarix açıqlandı - FOTO

Bakı. Trend:

Bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan "Azerbaijan Best Awards" mükafatlandırma mərasimi fevral ayının 3-də, "Boulevard Hotel Baku"da keçiriləcək.

Trend-in məlumatına əsasən, nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələri, iş adamları, media, tibb, idman, moda, ictimai xadimlər, memar-dizayner, elm xadimləri, influencerlər, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Mükafat alanlar arasında xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Adel İbrahim, Adil Embarş və Husnan Bəy Fənanie, Xalq artistlərindən Həmidə Ömərova, İlham Namiq Kamal, Nisə Qasımova, Faiq Ağayev, Əməkdar incəsənət xadimi Fəxiyyə Xələfova, müğənnilərdən, Zamiq Hüseynov, Çingiz Mustafayev, Eldar Qasımov, Günay İbrahimli, Sevda Yəhyayeva, Nura Suri, Xəyyam Nisanov, Dilarə Kazımova, Natavan Həbibi. TV aparıcılardan Afaq Gəncəli, Vüsalə Əlizadə, Zümrüd Bədəlova, Suna Kasımoğlu, idmançılardan Eduard Məmmədov, Tofiq Musayev və futbolçu Mahir Emrəli və başqalarının adları çəkilir.

Tədbir saat 17:00-da başlayacaq. İlk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Gecənin proqramına qonaqların müxtəlif markaların moda şoularını izləməyi daxildir. Tədbir bitdikdən sonra isə mükafatçılar DJ Çinanın müşayiəti ilə "after party"də iştirak edəcəklər. Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir.

Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti