...

"Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirildi

Mədəniyyət Materials 5 Mart 2020 15:22 (UTC +04:00)
Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Məhəbbət əfsanəsi"baletinin təqdimat tarixi dəyişdirilib.
"Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirildi

Bakı. Trend:

Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirilib.

Trend-in məlumatına görə, tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda hazırlanır. Koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan "Məhəbbət əfsanəsi" baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti