...

Həkim: Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır

Mədəniyyət Materials 29 İyun 2020 11:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadənin vəziyyətində ciddi irəliləyiş olmasa das, cüzi yaxşılaşma hiss olunur.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti