Bakı. Trend:
İran Milli dəmir yolu "UNESСO"nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, qərar "UNESCO"nun Ümumdünya İrs Komitəsinin Fuçjouda (Çin) onlayn formatda keçirilən 44-cü iclasında qəbul edilib.
1400 kilometr uzunluğunda olan xətt "Şimal-Cənub Dəmir Yolu" kimi tanınır və tikintisi barədə qərar 1926-cı ildə təsdiqlənib. Bir il sonra isə İran, Almaniya və ABŞ-dan olan mühəndislər bu 1394 kilometrlik xəttin inşasına başlayıblar.