...

Azərbaycan və İran arasında kitab sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

Mədəniyyət Materials 16 May 2022 10:56 (UTC +04:00)
Azərbaycan və İran arasında kitab sənayesi üzrə əməkdaşlıq müzakirə olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan İran da təşkil olunan 33-cü Tehran Beynəlxalq Kitab sərgisində iştirakı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ilə Tehran Beynəlxalq Kitab Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin direktoru Ali Ramezani arasında görüş təşkil olunub.

Görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.

Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin tərcümə mübadiləsi müzakirəyə çıxarılan əsas məsələlərdən olub.

33-cü Tehran Beynəlxalq Kitab Sərgisi may ayının 21-ə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti