...

Bakıda Azərbaycan və Qazaxıstan mədəniyyəti haqqında filmin premyerası olub

Mədəniyyət Materials 14 Mart 2023 16:59 (UTC +04:00)
Bakıda Azərbaycan və Qazaxıstan mədəniyyəti haqqında filmin premyerası olub
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan səfirliyində Azərbaycan və Qazaxıstanın ümumi mədəniyyətinin mənbələrinə həsr olunmuş "Bir bütünün iki yarısı" filmi nümayiş olunub.

Trend-in məlumatına görə, filmin nümayişi Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub və qarşıdakı parlament və maslihat seçkiləri ilə əlaqədar qəbul çərçivəsində keçirilib.

Filmin müəllifləri əsas diqqəti iki ölkənin mütəfəkkir, şair və yazıçılarının qarşılıqlı təsirinə yönəldiblər. Filmdə əməkdaşlığın müasir dövrü əks olunub, həmçinin, diplomatik əlaqələr, habelə, ölkələr və onların liderləri arasında mövcud olan etibarlı əlaqələr mövzusuna toxunulur.

Bundan başqa, filmin müəllifləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası mövzusuna da toxunaraq Qarabağın bərpası üzrə işlərin sürətini və miqyasını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti