...

Aİ Azərbaycan xalçaçılığının təbliği üçün sərgi açır

Mədəniyyət Materials 24 Mart 2023 13:28 (UTC +04:00)
Aİ Azərbaycan xalçaçılığının təbliği üçün sərgi açır

Bakı. Trend:

Avropa Bədii Sənətkarlıq Günləri (EACD) çərçivəsində Bakıda xalça sərgisi açılacaq.

Trend-in məlumatına görə, Azərbaycanın zəngin mədəni irsi, həyat tərzi və qədim xalq adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənətinin və xalçaçılıq məktəblərinin populyarlaşdırılması məqsədilə NUR Art House qalereyasında Azərbaycan xalçalarının sərgisi təşkil olunacaq.

Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynlı xalçaların çoxsaylı nümunələri nümayiş etdiriləcək. Eyni zamanda xalçaçılıq üzrə ustad dərsləri keçiriləcək.

Sərgi 27 mart saat 19:00-da açılacaq və aprelin 2-dək davam edəcək. Layihə çərçivəsində 28, 29, 30 və 31 mart tarixlərində saat 15:00-da NUR Art House qalereyasında xalçaçılıq üzrə dörd ustad dərsi təşkil olunacaq.

Bədii Sənətkarlıq Günləri 2002-ci ildə Fransa hökumətinin təkilifi ilə təsis edilib. 2012-ci ildən etibarən proqram Avropa Sənətkarlıq Günləri (EACD) adlanır. Bu, Milli İncəsənət İnstitutu (INMA) tərəfindən təşkil edilən və sənətkarlığa həsr olunan ilk beynəlxalq tədbirdir. Bədii Sənətkarlıq Günlər hər il erkən yazın əvvəlində keçirilir.

Sənətkarlıq studiyaları öz qapılarını ictimaiyyətə açır, sənətkarlar, təhsil müəssisələri və muzeylər açıq havada nümayişlər keçirir. Bu il Avropa Bədii Sənətkarlıq Günlərində 24 ölkə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti