...

Azərbaycan incəsənət nümunələri UNESCO-da təqdim edilib (FOTO)

Mədəniyyət Materials 7 Aprel 2023 18:41 (UTC +04:00)
Azərbaycan incəsənət nümunələri UNESCO-da təqdim edilib (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi UNESCO-nun Parisdə yerləşən Baş qərargahında İpək Yolları Proqramının 35 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə ötən gecə, 6 aprel 2023-cü il tarixində Azərbaycan, Qazaxıstan və Çin incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramı təşkil edilib. Konsertdə çıxış edən pianoçu Səidə Zülfüqarova və Fleyta ifaçısı Ağarəhim Quliyevin ifasında klassik musiqi parçaları çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Milli geyimli rəqqasların ifa etdiyi “Uzundərə” və “Naz eləmə” rəqsləri də zalda xüsusi coşqu yaradıb. Konsertdə həmçinin Çin və Qazaxıstandan olan kollektivlərin ifasında biri-birindən maraqlı ifalar səslənib, milli geyim kolleksiyası nümayiş etdirilib.

Tədbir hər üç ölkənin milli mətbəx nümunələrinin təqdim edildiyi ziyafətlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti