...

“Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər (FOTO/VİDEO)

Mədəniyyət Materials 10 İyun 2023 11:48 (UTC +04:00)
“Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər (FOTO/VİDEO)

Bakı. Trend:

İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti olub.

Trend-in məlumatına görə, konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edib. Azərbaycanlı dirijoru “Kremerata Baltika” ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda məşhur orkestr ilə çıxış edir.

Mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan “Kremerata Baltika” ilk dədə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın “Lokenhaus” festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub. Orkestrdə Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər ifa edirlər. Kollektivi yaradarkən tanınmış maestro Baltik regionundan olan gənc həmkarları ilə zəngin təcrübəsini bölüşmək məqsədi güdürdü. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur və konsertləri böyük maraqla gözlənilən orkestrləri sırasına daxil olub.

Kollektiv dünyanın aparıcı musiqi meydanlarında fərqli ifaları ilə dinləyicilərin sevgisini qazanıb. “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüb.

“Kremerata Baltika”nın solistləri Litvada yaşayan 9 musiqiçidən ibarət olan ansambldı. Onlar məşhur orkestrin ənənələrini davam etdirərək gənc litvalı bəstəkarlarla fəal əməkdaşlıq edir, onların əsərlərini proqramlarına daxil edirlər. Həmin əsərlərdən bəziləri Bakı konsertində səslənib.

Bakı konsertinin solistləri - Litva “Kremerata”sının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti