...

Bakı Piano Festivalı: Tord Qustavsen Trio konserti keçirildi (FOTO/VİDEO)

Mədəniyyət Materials 21 İyun 2023 15:38 (UTC +04:00)
Bakı Piano Festivalı: Tord Qustavsen Trio konserti keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı Piano Festivalı Landmark Rotunda Roof Garten yay məkanında Tord Qustavsen Triosunu Bakı ictimaiyyətinə təqdim etdi.

Məşhur norveçli pianoçu və bəstəkar Tord Qustavsen Skandinaviya lirikasını və müasir cazı Skandinaviya xalq musiqisinin elementləri, Afrika-Amerika motivləri, Avropa protestant himnləri, Afro-Karib melodiyaları, harmoniya və ritmləri ilə uğurla birləşdirib.

Dörd yaşından etibarən Tord fortepianoda ifa edir və musiqi notasını mənimsədiyindən xeyli tez bəstələyib improvizasiya etməyə başlayıb. O, uşaqlıqdan müxtəlif tədbirlərdə və kilsələrdə klassik və öz əsərlərini, gospel və caz füzyonunu ifa edib.

Tord Qustavsen musiqidə təzə, radikal, lakonik və səmimi gözəllik axtarışındadır. O, daim tədqiq etmək, emosional intensivliyi və zərifliyi meditativ musiqi vəziyyətinə inteqrasiya etmək üçün çalışır. Tord Qustavsen öz adı ilə və trio, kvartet və kvintet formatlarında bir sıra musiqi albomları buraxmışdır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti