...

Mənim üçün vətəndə çıxış etmək həmişə həyəcanlıdır - Elçin Əzizov (FOTO)

Mədəniyyət Materials 18 Aprel 2024 14:56 (UTC +04:00)
Mənim üçün vətəndə çıxış etmək həmişə həyəcanlıdır - Elçin Əzizov (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, Rusiyanın Böyük Teatrının solisti, “Bakılı oğlanlar” komandasının qızıl səsi Elçin Əzizovun çoxdan gözlənilən "Mənim mahnıma İnan" adlı estrada solo konserti keçiriləcəkdir.

- Mayın 3-də Bakıda Heydər Əliyev Sarayında "Mənim mahnıma İnan" estrada proqramı ilə ilk solo konsertiniz baş tutacaqdlr! Zəhmət olmasa konsert haqqında məlumat verərdiniz.

- Etiraf edirəm ki, bu mənim üçün çoxdan gözlənilən konsertdir. Heydər Əliyev Sarayı həyatımın inanılmaz mühüm mərhələsi ilə, sevimli KVN komandası olan “Bakılı oğlanlar” ilə bağlıdır və mən tezliklə yenidən doğma səhnədə olacağıma düşünəndə təşviş hissi keçirirəm. Görünür, indi mənim solo musiqi konsertimin vaxtı çatıb, təbii ki, konsertdə zarafatlar da olacaqdır. Heç onlarsız olarmı?! Doğma tamaşaçılarla, hətta deyərdim ki, ev tamaşaçılarımızla ilə görüşməyi səbirsizliklə gözləyirəm.

- Niyə klassik deyil, məhz estrada proqramını seçdiniz?

- Ötən illər ərzində dəfələrlə Bakıya gələrək opera repertuarımdan klassik əsərlər ifa etmişəm. Bəlkə də buna görə ilk solo konsertimi tamamilə yeni, deyək ki, daha populyar proqramla keçirmək istədim. Proqramda Müslüm Maqomayevin repertuarından hər kəs tərəfindən sevilən mahnılar, həmçinin NTV-nin “Maska” şousunda Möhtəşəm Mandril rolunda ifa etdiyim mahnılar səslənəcəkdir. Həmçinin Tofiq Quliyevin, Polad Bülbüloğlunun, Lev Leşşenkonun, Rinat İbrahimovun və Yaak Yolanın mahnılarını da proqrama daxil etmişəm. Tamaşaçıları Rusiyanın ən yaxşı estrada və caz musiqiçiləri ilə birlikdə aktiv şəkildə hazırlaşdığımız böyük konsert gözləyir.

- Müslüm Maqomayevin repertuarından ən çox sevdiyiniz mahnı hansıdır?

- Mənim üçün bütün mahnılar gözəldir. Əlbəttə ki, aralarında ən çox sevilənlər var və yəqin ki, konsertin adının da verildiyi Mixail Şerbaçenkonun heyrətamiz şeiri və Polad Bülbüloğlunun musiqisi ilə yaradılan "Mənim mahnıma İnan" ı qeyd edə bilərəm. Bilmirəm niyə, amma mən bu mahnıya vurulmuşam. Bu mahnı enerjisi, musiqisi və vəziyyəti ilə mənə yaxındır.

- Öz vətəninizdə, sevimli Bakıda çıxış etmək Sizi həyəcanlandırırmı?

- Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə həyəcanlıdır. Bu həyəcan, təşviş və bütöv bir emosiyalar palitrasıdır. Mən evdə oxuyacağam və bu həmişə çox məsuliyyətlidir! Dostlarımı, qonaqları, şəhərimizin qonaqlarını gözləyirəm, hamınızı mayın 3-də Bakıda, Heydər Əliyev Sarayında gözləyirəm. Saat 20:00-da başlayır. Gəlin, birlikdə vaxt keçirək!

Biletləri aşağıdakı link vasitəsilə əldə edin https://iticket.az/events/concerts/elchin-azizov-believe-my-song/113073

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti