...

Gəncə Dövlət Filarmoniyasinda Azərbaycan Bəstəkarlar İttifaqinin 90 illiyinə həsr olunan plenum keçirilib (FOTO)

Mədəniyyət Materials 17 İyun 2024 20:15 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasinda Azərbaycan Bəstəkarlar İttifaqinin 90 illiyinə həsr olunan plenum keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunan konsert proqramı baş tutub.

Trend xəbər verir ki, tədbirin açılışında Azərbaycan Bəstəkarlar İttifaqınin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə səyyar plenumuna həsr olunmuş konsertin Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Gəncənin böyük Fikrət Əmirovun, Qəmbər Hüseynlinin vətəni olduğunu vurğulayan Firəngiz Əlizadə Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Konsert proqramı birləşmiş orkestrin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından 3-cü pərdədən “Rəqs” ilə başlayıb.

Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu, Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Müslüm Maqomayevin “Radio Marşı”, Vasif Adıgözəlovun “Bayram suitası” səsləndirilib. Həmçinin Samirə Hacıyeva Səid Rüstəmovun “Hardasan”, Qaya Nəsibzadə Süleyman Ələsgərovun “Vətənimdir" romansını, Rüstəm Cəfərov “ Evləri var xana-xana" Azərbaycan xalq mahnısını ifa ediblər.

Xalq artisti Rafael Bayramovun bədii rəhbərliyi və dirijorluğu, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin "İldırımlı Yollarla" baletindən “Qızların Rəqsi”, Aqşin Əlizadənin “Cəngi”, Vaqif Mustafazadənin “Mart”, tarda Əli Əliyevin ifasında Sərdar Fərəcovun “Rondoletta” səsləndirilib.

Məmməd Cəfərovun bədii rəhbərliyi, Nazilə Cəfərovanın dirijorluğu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Xor kollektivi Üzeyir Hacıbəylinin “Ey Vətən” əsərini, Məmməd Cəfərovun “Kontata” - dan 1-ci və 2-ci hissələri ifa ediblər.

Konsert proqramı Fikrət Əmirovun “Min Bir Gecə Baletindən” “Bayram rəqsi” ilə başa çatıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti