...

Gəncə Dövlət Filarmoniyasının solistləri Bakıda izdihamla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 10 Oktyabr 2024 18:40 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasının solistləri Bakıda izdihamla qarşılanıb (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncədən Bakıya" layihəsi çərçivəsində müəllifi olduğu mahnılarla qəlbləri fəth edən Ələkbər Tağıyevin 100 illiyi qeyd olunub.

Trend xəbər verir ki, Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında keçirilən "Bizim Bakı gecələri" adlı konsert Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə baş tutub.

Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında Ələkbər Tağıyevin "Eşqimi sönməyə qoymaram", "Yağış yağır", "Külək", "Gözləyəcəyəm", "Söylə yadımdadır", "Mənim Gəncəm", "Sədaqətim var", "Mən baharın qızıyam", "Bakı gecələri", "Qal sənə qurban", "Sən gəlməz oldun", "Nazından olmaz" mahnıları səsləndirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Xəbər lenti

Xəbər lenti