...

Dünyaca məşhur müğənni Castin Timberleyk Bakıda konsert verəcək

Mədəniyyət Materials 11 Aprel 2025 14:17 (UTC +04:00)
Dünyaca məşhur müğənni Castin Timberleyk  Bakıda konsert verəcək
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend Life:

İlk dəfə olaraq dünyaca məşhur müğənni Castin Timberleyk Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Trend xəbər verir ki, “iTicket Production” və “DREAM Group International” tərəfindən təşkil olunmuş konsert iyulun 27-də Bakı Olimpiya stadionunda baş tutmalıdır.

Müasir dövrün ən parlaq artistlərindən olan 10 qat GRAMMY mükafatı laureatı, dünya səhnəsinin super-ulduzu və “Can’t Stop the Feeling!”, “SexyBack”, “Mirrors” kimi məşhur hitlərin ifaçısı - Bakıya möhtəşəm şou bəxş edəcək.

Castin Timberleyk – hərtərəfli artistdir: müğənni, musiqi prodüseri, nəğməkar şair və aktyor. Karyerası ərzində onun dünya üzrə 54 milyondan çox albomu və 63 milyon sinqlı satılıb, əlavə olaraq NSYNC qrupunun tərkibində 70 milyon disk satışına nail olub.

O- “Man of the Woods”, “The 20/20 Experience”, “FutureSex/LoveSounds”, “Justified”, həmçinin “Jay-Z” ilə əməkdaşlığına görə, pop musiqi, rəqs musiqisi və R&B kateoqriyalarında on qatı GRAMMY mükafatı laureatı olub. Castinin ümumi audio və video strimlərinin sayı dünya üzrə 23 milyardı ötüb. O həmçinin “Saturday Night Live” verlişindəki parlaq çıxışlarına görə dördqat “Emmy” mükafatçısı olub.

Kinoda o “DreamWorks” studiyasının TROLLS animasiya franşizasının, o cümlədən saqanın son çıxmış “TROLLS BAND TOGETHER” (2023) filminin personajlarının dublyaj aktyoru olub. Onun birinci filmdən olan “Can’t Stop the Feeling!” adlı treki 2017-ci ildə “ən yaxşı orijinal mahnı” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Bu yaxınlarda artist 18 yeni trekdən ibarət sayca altıncı studiya albomunu (Everything I Thought It Was) buraxdırıb. Onların arasında “Selfish” və “No Angels” kimi populyar sinqllar yer alır.

Qarşıdakı Bakı konsertində onun pərəstişkarları artistin həm ən çox sevilən hitlərini həm də artıq bütün rəqəmsal platformalarda əlçatan olan “Everything I Thought It Was” albomundan olan yeni mahnılarını dinləyə biləcəklər.

Biletlər aprelin 14-ü saat 12:00-dan etibarən “iTicket.az” saytında, mobil tətbiqlərdə, həmçinin şəhərin bütün kassalarında satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti