Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd , Millət vəkili Rafael Cəbrayılov növbəti görüşünü Şirvan şəhər, M.Qədirov, Neftçilər və M.Mirzəyev küçəsinin sakinləri ilə keçirib.
Rafael Cəbrayılovu sakinlər alqışlarla qarşıladılar. Müstəqillik günü kimi əlamətdar bir gündə görüşdüyündən məmnunluğunu bildirən namizəd, hər kəsi müstəqillik günü münasibəti ilə təbrik etdi.
Daha sonra qəsəbədəki sosial-iqtisadi məsələlərin aktullığından danışaraq,qeyd etdi ki, etimaq qazanıb deputat seçildikdən sonra bütün məsələlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində köməklik göstərəcək.
Qəsəbə sakinləri Rafael Cəbrayılova öz minnətdarlıqlarını bildirdilər. Qəsəbə ərazisindəki digər aktual məsələlərin müzakirəsi məqsədilə çıxışlar etdilər.
Çılpaqlı qəsəbə sakinləri Rafael Cəbrayılova dəstək olduqlarını və 1 noyabr tarixində səs verərək ona etimad göstərməklə sübut edəcəklərini bildirdilər.