...

Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kampaniyası davam edir (FOTO)

Seçki 2015 Materials 20 Oktyabr 2015 16:24 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kampaniyası uğurla davam etdirilir.
Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kampaniyası davam edir (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kampaniyası uğurla davam etdirilir.

Dövlət büdcəsinin müzkirəsi ilə əlaqədar millət vəkili R.Cəbrayılov Milli Məclisin plenar iclasında iştirakı etdiyi üçün bugünkü görüşdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri iştirak ediblər.

R.Cəbrayılovun seçki platforması haqqında məlumat verən səlahiyyətli nümayəndə, əsasən, Şirvan şəhər sakinlərinin maddi rifahının yüksəldilməsi üçün nəzərdə tutduğu fəaliyyət prinsipləri haqqında məlumat verdi.

Çıxış edən seçicilər R.Cəbrayılovun fəaliyyətindən və əhaliyə qarşı göstərdiyi mehribanlıqdan danışaraq, seçki platformasını yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, Şirvan sakinləri R.Cəbrayılovu yaxşı tanıyır və 1 noyabrda hamılıqla səs verərək deputat seçilməsini təmin edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti