...

Jo Anne Barnhart: Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə aparılıb

Seçki 2015 Materials 29 Oktyabr 2015 12:10 (UTC +04:00)
“Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir”.
Jo Anne Barnhart: Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə aparılıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir".

Trend-in məlumatına görə, bu fikirləri "Artur Filkenşteyn və Assosiasiya"sının əməliyyatlar üzrə direktoru Jo An Barnhart Secki-2015.az saytına açıqlamasında deyib.

O bildirib ki, təmsil etdiyi qurumun dəvətilə "exit-poll" keçirmək üçün ABŞ-dan 25 mütəxəssis dəvət edilib.

"Əməkdaşlarımız arasında professorlar, müəllim və tələbələr də var. Biz 2013-cü ildə keçirilən prezident seçkilərində də burada işləmişik. O zaman da şəffaf seçkilərin keçirilməsinin şahidi olduq. Burada yenidən olmaqdan çox məmnunam. Deyə bilərəm ki, Azərbaycan çox yaxşı seçki keçirmək təcrübəsinə malikdir. Şəffaf mühit seçkinin ədalətli keçirilməsinə zəmin yaradır".

Qərbin seçkilərlə bağlı Azərbaycana təzyiq cəhdlərinə gəlincə, ABŞ-lı mütəxəssis burada hər hansı çatışmazlıq və nöqsanla rastlaşmadığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti