...

YAP: Azərbaycan parlament seçkilərini şəffaf keçirməklə bir daha demokratiyanın təntənəsini nümayiş etdirəcək

Seçki 2015 Materials 29 Oktyabr 2015 17:20 (UTC +04:00)
Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib.
YAP: Azərbaycan parlament seçkilərini şəffaf keçirməklə bir daha demokratiyanın təntənəsini nümayiş etdirəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Əminəm ki, 2015-ci ilin parlament seçkilərini də azad və şəffaf əsaslarda keçirməklə, Azərbaycan bir daha demokratiyanın təntənəsini nümayiş etdirəcək". Trend-in məlumatına görə, bunu deputatlığa namizəd, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib. Bu gün həmin ənənə daha da inkişaf etdirilir: "Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, demokratik və şəffaf seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür".

Onun fikrincə, bu gün Azərbaycan istər seçki qanunvericiliyi, istərsə də seçki mədəniyyəti ilə bir çox Avropa ölkələrini geridə qoyur: "Hətta seçkiləri müşahidə edən bir sıra dövlətlərin nümayəndələri ölkəmizdə keçirilən seçkini öz ölkələri ilə müqayisə edib, üstünlüyü Azərbaycana verir. Bu isə Azərbaycan hakimiyyətinin şəffaf və demokratik seçki keçirmək iradəsinin varlığından xəbər verir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti mütərəqqi Seçki Məcəlləsinin qəbuluna nail olmaqla ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaradıb. Bu baxımdan qarşıdan gələn parlament seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir. Qeyd edim ki, Milli Məclisə seçkilərdə iştirak etmək üçün 125 yer uğrunda 1000-dən çox namizəd mübarizə aparır və bu, çox yüksək göstəricidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti