...

Elmira Süleymanova: “Seçkilərdə insident qeydə alınmayıb”

Seçki 2015 Materials 1 Noyabr 2015 10:49 (UTC +04:00)
Omudsman Aparatının üzvləri bütün ölkə ərazisində parlament seçkilərini müşahidə edirlər. Bunu Trend-ə 4 saylı cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova deyib.
Elmira Süleymanova: “Seçkilərdə insident qeydə alınmayıb”

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elmir Murad/

Əldə etdiyimiz məlumata görə, seçkilərdə hər hansı qanun pozuntusu qeydə alınmayıb. Bunu Trend-ə 4 saylı cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman qeyd edib ki, vaxtaşırı olaraq rəhbərlik etdiyi qurumun əməkdaşları mərkəzə seçkilərin gedişi ilə bağlı informasiya verirlər: "Ombudsman Aparatının üzvləri bütün ölkə ərazisində parlament seçkilərini müşahidə edirlər. Bizə daxil olan məlumatlara görə, seçkilərdə hər hansı insident qeydə alınmayıb. Hər şey qaydasında gedir".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti