...

TürkPA müşahidəçisi: Səsvermə demokratik keçirilir

Seçki 2015 Materials 1 Noyabr 2015 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil edilib, seçicilər fəallıq nümayiş etdirərək seçki məntəqələrinə gəlir, istədikləri namizədə azad şəkildə səs verirlər. Səsvermə demokratik keçirilir".

Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına açıqlamasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçisi, Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.

Bəzi Avropa strukturlarının parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana nümayəndə göndərməkdən imtina etməsini şərh edən deputat qeyd edib ki, baş verməyən prosesə öncədən qiymət vermək olmaz, ən doğrusu yerində müşahidə etmək və obyektiv şəkildə fikir söyləməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti