...

Klinik Xəstəxana: Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi

Gündəm Materials 12 Yanvar 2018 10:46 (UTC +04:00)
Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.
Klinik Xəstəxana: Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi

Bakı. Samir Əli - Trend:

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

Bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

Xatırladaq ki, bu gün səhər saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti