...

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Gündəm Materials 5 Fevral 2018 11:41 (UTC +04:00)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar sınaq imtahanı keçiriləcək.
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 10 fevral tarixində keçiriləcək.

İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd edək ki, sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti