...

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib

Gündəm Materials 13 Fevral 2018 12:15 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

İclasda Qasım Vəli oğlu Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

Bildirilib ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. Bu səbəbdən onun vəzifəsi dəyişdirilərək Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti