Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Cənub Qaz Dəhlizi" layihəsinin başa çatdırılması üçün lazım olan məbləği 2,7 milyard dollar həcmində dəyərləndirir.
Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC Azərbaycanda əsas qaz layihələrinin tikintisini, o cümlədən "Şahdəniz" yatağının genişmiqyaslı inkişafı, Cənubi Qazfqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisini davam etdirir.