...

ÜST-dan SOS! Yeni qlobal epidemiya yarana bilər - Adı "X xəstəliyi"

Gündəm Materials 12 Mart 2018 13:26 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni qlobal epidemiyanın yüksək ehtimalı barədə xəbərdarlıq edib
ÜST-dan SOS! Yeni qlobal epidemiya yarana bilər - Adı "X xəstəliyi"

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni qlobal epidemiyanın yüksək ehtimalı barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, hazırda alimlər və mütəxəssislər xəstəliyin yayılmasına səbəb ola biləcək patogenlərin tədqiqatını aparır.

Alimlərin fikrincə, bu, bəşəriyyətə məlum olan viruslardan yaranan xəstəliklər və ya indiyə qədər məlum olmayan xəstəlik ola bilər.

“İks xəstəliyi” adı verilən xəstəliyə məlum virusların daim mutasiya etməsi, heyvanlardan insana keçə bilən infeksiya, eləcə də laboratoriya şəraitində yaradılmış süni virusların oğurlanması səbəb ola bilər.

ÜST yaydığı məlumatda qeyd edib ki, alimlər “İks xəstəliyi” ilə mübarizə üsullarını hazırlayır. Lazımi reaksiya göstərilməyəcəyi təqdirdə bu xəstəliyin on milyonlarla insanın ölümünə səbəb ola biləcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti