...

Sekuta Bakıdakı diplomatik missiyasını başa vuraraq təqaüdə çıxmağa qərar verib

Gündəm Materials 15 Mart 2018 18:43 (UTC +04:00)
Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib.
Sekuta Bakıdakı diplomatik missiyasını başa vuraraq təqaüdə çıxmağa qərar verib

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mart ayının sonunda Bakıdakı diplomatik fəaliyyətini başa vurur.

Bunu Trend-in sorğusuna cavab olaraq səfirlikdən bildiriblər.

Səfirlik qeyd edib ki, Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib:

"Onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirirlər. Sekuta bildirir ki, ABŞ-ın səfiri olmaq onun üçün çox böyük bir şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti