Bakı. Samir Əli - Trend:
Ağsu rayonunda 6 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı şəhərinə göndərilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan sürücü, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu Ağsu rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə köçürülüb. Yaralıya ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərinə -Elmi Tədqiqat Travmotologiya İnstitutuna köçürülüb.
Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ 2106" və "VAZ2107" markalı avtomobillr toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.
həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Soaial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır. O, Ağsu rayon sakini, 1962- ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T. İsmiyevin həyat yoldaşı, 1961 - ci ik təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.
Yaralıya "Sağ bud sümüyünün orta 3/1 hissəsinin qapalı sınığı"diaqnozu qoyulub.