...

İranda küləyin FƏSADLARI daha ağır oldu - 4 yaralı

Gündəm Materials 30 Mart 2018 14:01 (UTC +04:00)
İranda güclü külək fəsadlar törədib.
İranda küləyin FƏSADLARI daha ağır oldu - 4 yaralı

Bakı. Samir Əli - Trend:

İranda güclü külək fəsadlar törədib.

Trend-in məlumatına görə, hadisə İranın Urmiya və Bukan ərazilərində olub. Güclü küləyin sürəti saatda 70 kilometrə çatıb. Hadisə nəticəsində Urmiyada, Urmiya - Səlmas avtomobil yolu və Bukan şəhəri ərazisində 4 nəfər xəsarət alıb.

Belə ki, güclü külək nəticəsində Bukan şəhərində küçədə reklam lövhəsi iki nəfərin üzərinə aşıb. Nəticədə 2 nəfər ağır xəsarət alıb.

Səlmas-Urmiya avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusunun şüşələrini güclü külək qırıb və avtobusda olan sərnişinlərdən 1 nəfər yaralanıb.

Eyni zamanda, Urmiyada yaşayış binasının tavanını külək qoparıb. Binanın tavanından qopan tikinti materialı küçədə olan bir nəfərin üzərinə düşərək ağır xəsarət yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti