...

Ağstafada otlaq sahəsində 26 partlamamış hərbi sursat tapılıb (FOTO)

Gündəm Materials 4 Aprel 2018 17:26 (UTC +04:00)
Ağstafada otlaq sahəsində əksəriyyəti mərmi olan 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Ağstafada otlaq sahəsində  26 partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Ağstafada otlaq sahəsində əksəriyyəti mərmi olan 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, bu gün saat 13:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsinin 1-ci sovxoz adlanan ərazisində 25-30 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi (3BK-5M), 19 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M), 1 ədəd 130 mm-lik top mərmisi (OF-482), 1 ədəd 152 mm-lik top mərmisi (BP-540), 1 ədəd 9M22U raketinin başlıq hissəsi və 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti