Bakı. Ənvər Məmmədov - Trend:
Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərasim dörd ünsür – su, torpaq, od və havanın qarşılıqlı fəaliyyətinə həsr olunub.
Mərasimdə bütün gimnastika növləri üzrə milli komandaların üzvləri və xoreoqrafları iştirak edib.
Qeyd edək ki, Bakıda aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.
Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən
yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF
Trophy” Kuboku təqdim olunacaq.