İlk xəbər saat 11:51-də yayılıb
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın Dövlət Gömrük Komitəsi ciddi kadr və struktur islahatları aparmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu komitənin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyev qeyd edib ki, ticarət və biznesin inkişafı infrastrukturun və gömrük orqanlarının islahatlarını zəruri edir:
"Bu baxımdan gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, gömrük orqanları ilə biznes mühiti arasında münasibətlərdə şəffaflığın artırılması vacibdir".
Komitə sədri bildirib ki, gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanlarının əməkdaşları öz fəaliyyətlərini qanun çərçivəsində qurmalıdırlar: "Bütün qanunsuz hərəkətlərin qarşısı ciddi şəkildə alınacaq".