...

TANAP-ın açılışının dəqiq vaxtı məlum oldu

Gündəm Materials 2 May 2018 13:03 (UTC +04:00)
TANAP-ın açılışının dəqiq vaxtı məlum oldu.
TANAP-ın açılışının dəqiq vaxtı məlum oldu

Bakı. Maksim Tsurkov - Trend:

Transanadolu boru kəmərinin (TANAP) istismara verilməsi mərasimi iyunun 19-da Türkiyədə keçiriləcək.

Trend-in "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

O bildirib ki, Türkiyədə iyunun 24-də növbədənkənar seçkilərin keçirilməsi açılış mərasiminin vaxtının dəyişdirilməsinə səbəb olub:

"Azərbaycandan Türkiyəyə TANAP vasitəsilə ilk qaz tədarükü iyulun ilk həftəsinə planlaşdırılırdı. Lakin ötən həftə Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə boru kəmərinin açılışının iyunun 19-da keçirilməsi barədə qərar qəbul olundu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti