...

İranda "Krım-Konqo" qızdırmasına 4 nəfər yoluxdu, 1 nəfər öldü

Gündəm Materials 3 May 2018 17:08 (UTC +04:00)
İranda Krım-Konqo hemorragik qızdırma xəstəliyi növbəti dəfə ölümlə nəticələnib.
İranda "Krım-Konqo" qızdırmasına 4 nəfər yoluxdu, 1 nəfər öldü

Bakı. Samir Əli - Trend:

İranda "Krım-Konqo" hemorragik qızdırma xəstəliyi növbəti dəfə ölümlə nəticələnib.

Trend-in məlumatına görə, hadisə nəticəsində virusa yoluxan 4 nəfərdən 1-i dünyasını dəyişib.

Bildirilir ki, virus İranın cənubunda Kerman və Fars əyalətlərində aşkar edilib.

Qeyd edək ki, İranda bu xəstəliyə insanların yoluxması halları 2000-ci ildən başlayıb. Məlumata görə, həmin vaxtdan bu günə qədər İranda 1000-ə yaxın insan bu xəstəliyə yoluxub.

Təkcə 2017-ci ildə ölkədə 120 nəfər "Krım-Konqo" hemorragik qızdırma xəstəliyinə yoluxub ki, nəticədə 8 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti