...

Vüsal Qasımlı: Özəl sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilir (YENİLƏNİB)

Gündəm Materials 5 May 2018 11:38 (UTC +04:00)

İlk xəbər saat 10:48-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

“Özəl sektor tədriclə Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilir”.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icracı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, özəl sektor qeyri-neft ixracının artmasında böyük rol oynayıb:

“Ötən il Azərbaycanın qeyri-neft ixracı 35 faiz artıb. Bunda özəl sektorun rolu böyükdür. Belə ki, qeyri-neft ixracının 70 faizi özəl sektorun payına düşüb”.

V.Qasımlı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında özəl sektorun əhəmiyyətli rolunu qeyd edib:

“Bu gün ölkə iqtisadiyyatında yeni artım nöqtələri yaranıb – qeyri-neft sənayesi, turizm, nəqliyyat və logistika, kənd təsərrüfatı. Bu sahələrin inkişafında özəl sektor da böyük rol oynayır. Bunun nəticəsi kimi turizm sahəsi üçdə bir qədər artıb, kənd təsərrüfatında Azərbaycan üçün ənənəvi olan, lakin sovet dövründə unudulmuş sahələrin inkişafı davam edir, qeyri-neft sənayesində Azərbaycanda yenidən poladəritmə, maşınqayırma və digər sahələin inkişafı başlayıb”.

Xəbər lenti

Xəbər lenti