...

ETSN: Şərq çinarını kəsən şəxs cərimələndi (FOTO)

Gündəm Materials 7 May 2018 09:26 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
ETSN: Şərq çinarını kəsən şəxs cərimələndi (FOTO)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, reyd zamanı Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti