...

Uşaq tərbiyə müəssisələrinin bu işçilərinə də 42 gün məzuniyyət veriləcək

Gündəm Materials 18 May 2018 14:46 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub.
Uşaq tərbiyə müəssisələrinin bu işçilərinə də 42 gün məzuniyyət veriləcək

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub.

Trend-in məlumatına görə, qanun layihəsində bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.

Qeyd edək ki, Məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti