Bakı. Trend:
Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalını və Azərbaycanı turizm məkanı kimi tanıtmaqda davam edir.
Trend-in məlumatına görə, bununla bağlı Büro Avropanın Euronews Telekanalı ilə əməkdaşlıq edərək “Destination” proqramının bir sayını Bakı Şopinq Festivalına həsr etməyə nail olub.
Verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda məlumat, həmçinin iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.
Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə turizm axınının artması üçün bu cür tanıtım və təbliğat materialları təşkil etməkdə davam edəcək.