Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artırılıb.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.
Hazırda isə bu məbləğ 4 manat təşkil edir.
Dəyişiklik deputatlar tərəfindən təsdiq edilib.