...

Virtual pullar bazarında SON QİYMƏTLƏR dəyişdi

Gündəm Materials 25 İyun 2018 21:01 (UTC +04:00)
Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb
Virtual pullar bazarında SON QİYMƏTLƏR dəyişdi

Bakı. Trend:

Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb.

Trend-in məlumatına görə, mütəxəssislər kriptovalyutanın qiymətinin yaxın müddət ərzində qeyri-stabil qrafik sərgiləyəcəyini proqnozlaşdırır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,58% bahalaşaraq 6 157 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,01% və ya 497,13 dollaradək ucuzlaşıb, "Ripple" 2,25% (0,48 dollara qədər), "Bitcoin Cash" 5% (744,18 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,88 milyard dollar təşkil edir və bunun 42 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti