...

XOŞ XƏBƏR! "Bakı Metropoliteni" işini bərpa etdi

Gündəm Materials 4 İyul 2018 13:11 (UTC +04:00)
Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.
XOŞ XƏBƏR! "Bakı Metropoliteni" işini bərpa etdi

Bakı. Samir Əli - Trend:

Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.

Trend-in məlumatına görə, artıq bu gün saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.

Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.

Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.

Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti