...

Bakıda bacısını öldürüb qaçan qardaş Xızıda yaxalandı

Gündəm Materials 13 İyul 2018 11:35 (UTC +04:00)
Bakıda qardaş bacısını qətlə yetirib.
Bakıda bacısını öldürüb qaçan qardaş Xızıda yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanı kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti