...

Bakıda azyaşlının hündür binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açıldı

Gündəm Materials 20 İyul 2018 10:26 (UTC +04:00)
Ötən gün Bakıda azyaşlının çoxmərtəbəli binadan yıxılaraq ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bakıda azyaşlının hündür binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Ötən gün Bakıda azyaşlının çoxmərtəbəli binadan yıxılaraq ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məlumatda ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti