...

Azərbaycanın Gürcüstanla sərhədində yoluxucu xəstəliyə qarşı dezinfeksiya aparılır (FOTO)

Gündəm Materials 10 Avqust 2018 09:20 (UTC +04:00)
Bu il ölkədə 2 442 699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub
Azərbaycanın Gürcüstanla sərhədində yoluxucu xəstəliyə qarşı dezinfeksiya aparılır (FOTO)

Bakı. Trend:

Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu tədbir Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 442 699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti