...

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb (FOTO)

Gündəm Materials 22 Avqust 2018 20:08 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb (FOTO)

Bakı. Tural Turan - Trend:

Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.
Trend-in Müdafiə Nazirliyinin saytına istinadən, Belarus Respublikası Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan general-mayor O.Belokonev vurğulayıb ki, Belarus Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

Belarusa səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov Azərbaycan-Belarus hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər geniş təhlil edilib və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti