...

Gəncədə çoxmərtəbəli binada yanğın: zəhərlənənlər var (FOTO)

Gündəm Materials 25 Avqust 2018 10:45 (UTC +04:00)
Gəncədə çoxmərtəbəli binada yanğın olub.
Gəncədə çoxmərtəbəli binada yanğın: zəhərlənənlər var (FOTO)

Bakı. Trend:

Gəncədə çoxmərtəbəli binada yanğın olub.

Trend ARB-yə istinadən məlumat verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi, 48A ünvanında qeydə alınıb.

Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay Abdullayevaya məxsus 103 kvadratmetrlik beş otaqlı evdə meydana gəlib. Mənzilin bir otağında 12 kvadrat metrlik sahə yanıb.

Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər təxliyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə ilkin yardım göstərilməsi üçün hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti