...

Bərdə sakini qohumunun evində 22 yaşlı gənci bıçaqladı

Gündəm Materials 27 Avqust 2018 15:54 (UTC +04:00)
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bərdə sakini qohumunun evində 22 yaşlı gənci bıçaqladı

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Qullar kəndində baş verib.

Bərdənin Uğurbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Fərhad Rafiq oğlu Hüseynov Qullar kəndində xalası oğlu Şamı Aslanovun evinə qonaq gəlib.

O, həmin evdə Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Yaşar oğlu Salmanovla mübahisə edib və mübahisə nəticəsində O.Salmanovu bıçaqlayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti